ONBIR La Gazetta Della Sport’a istinadən bildirir ki, Roma komandada icarə əsasında oynayan Manchester United’in müdafiyəçisi Chris Smalling’i tam olaraq transfer etmək çabaları göstərir.

Romalılar 29 yaşlı futbolçuya görə “Qırmızı Şeytanlar”a 12 milyon üstəgəl 3 milyon avro bonuslar təklif edir. Manchester United isə öz növbəsində oyunçunun satışından 18 milyon qazanmaq istəyir.

Nəzərinizə çatdıraq ki, Roma Smalling’lə 2024-cü ilə qədər müqavilə imzalamaq haqqında düşünür. Bu halda, oyunçunun maaşı ildə 3.2 million avro təşkil edəcəyi bildirilir.