Robin van Persie ingilis mətbuatı Sportbible üçün maraqlı müsahibə verib. 2 variantlıq suallara cavab verən əfsanəvi oyunçu bir qədər çətin anlar yaşayıb:

Arsene Wengermi yoxsa Sir Alex Fergusonmu sənə daha çox təsir edib?

– Mənə ən çox təsir edən məşqçi Arsene Wenger olub. Çünki mənlə daha çox işləyib, yəni, məni bir uşaq olaraq almışdı və sonradan çox güclü birinə çevrildim. Sir Alex periodunda isə tamam başqa bir vəziyyət var idi. Çünki artıq yetişkin biri idim. Əvvəlki dəcəl uşaq yox idi. Bu 2 möhtəşəm məşqçi ilə işlədiyim üçün çox şanslıyam.

John Terry yoxsa Rio Ferdinand?
– Rio və Vidic ikilisi tam bir divar kimi idilər. Biri xəta edəndə, digəri daim səhv edənin arxasında sığortalayırdı. Bir-birilərini çox yaxşı başa düşürdülər. Terry isə çox çətin və sərt bir müdafiəçi idi. Fiziki cəhətdən çox güclü idi. Çətin olacaq amma seçimim Rio`dur.

Hansı daha bacarıqlıdır: Thierry Henry yoxsa Wayne Rooney ?
– Məncə Henry daha bacarıqlı idi. Bəzən məşqdə elə şeylər edirdi ki, onu ilk dəfə görürdüm. Daim yenilik axtarışında idi. Eyni şey Ryan Giggs, Paul Scholes və Dennis Bergkamp`a da aiddir.

Hansi derbi: Şimal London yoxsa Manchester derbisi?

– Çox çətin bir sualdır. Mən London derbisi ilə böyüdüm, ancaq Feyenoord Ajax derbisi də gözəl idi. Amma hisslərim Arsenal forması ilə oynadığım, daha aqressiv olan Spurs oyunları deyir. O gərginliyi matçın hər anında hiss edirdik.

Highbury yoxsa Emirates?
– Highbury, çünki oraya aşiq idim. Tribunalar meydana çox yaxın idi. Emirates də gözəl stadiondur, lakin daha çox kosmos gəmisinə bənzəyir. Highbury tarix və mədəniyyət ocağı idi.