ONBİR Goal.com saytına istinadən Belçika milli komandasının baş məşqçisi Roberto Martinez`in, Real Madrid`in qapıçısı Thibaut Courtois haqqında açıqlamalar verdiyi müsahibəni təqdim edir.

Son zamanlarda göstərdiyi performansa görə tənqidlərə məruz qalan Courtois, Real Madrid`in Alaves`i 2-1 məğlub etdiyi matçda ehtiyat skamyasında yer alıb. Belçika millisinin baş məşqçisi Martinez, 27 yaşlı qapıçının çətin dönəmlər keçirdiyini və onu dünyanın ən yaxşı qapıçısı kimi gördüyünü bildirib.

“Son Dünya Çempionatında gördüyümüz kimi, Courtois mənə görə dünyanın ən yaxşı qapıçısıdır. Bu, onun üçün çətin bir zamandır, amma milli komandada göstərdiyi performans onun Real Madrid`də ki, performansına, eyni zamanda Real Madrid`də göstərdiyi performans da EURO 2020-də ki, çıxışına təsir edəcək və özünü yaxşı hiss edəcək.”

Belçika millisi, EURO 2020-nin B qrupunda Danimarka, Finlandiya və Rusiya milliləri ilə mübarizə aparacaq.