Braziliya millisinin əfsanələrindən olan Rivaldo ölkəsinin Argentina ilə oynadığı matç ilə bağlı məşqçi heyətini sərt bir şəkildə tənqid edib.

Milan`ın 22 yaşlı ulduzu Lucas Paqueta`nın qarşılaşmanın 2-ci hissəsində 10 nömrəli forma ilə oyuna girməsi Rivaldo`nu qəzəbləndirib. ONBİR, goal.com`a istinadən Rivaldo`nun verdiyi müsahibəni sizlə bölüşür:

”10 nömrəli formanın Paqueta`ya verilməsinə çox məyus oldum. Bu forma müqəddəsdir və start heyətində olması vacib olan bir nömrədir. O nömrəni Pele, Rivelino, Zico, Rivaldo, Ronaldinho, Kaka və Neymar kimi oyunçular geyinib. 10 nömrə bütün dünyanın hörmət etdiyi və rəğbət bəslədiyi formadır.”

”Tite və məşqçi heyəti bu formanın vacibliyini təcili surətdə dərk etməlidirlər. Paqueta`nı günahlandırmıram, lakin gələcək vəd edən 22 yaşlı təcrübəsiz oyunçuya belə bir məsuliyyət vermək düzgün deyil.”