Keçmiş Manchester United əfsanəsi Rio Ferdinand Instagram hesabından yayımladığı canlı videoda Timo Werner haqqında danışıb. O inanır ki, Liverpool əgər onu transfer etmək istəyirsə cəld olmalıdır və əlindən gələni etməlidir. Onun fikirlərinə əsasən Liverpool əgər Mohamed Salah ya da Sadio Mane`dən biri klubu tərk etsə onda Liverpool üçün işlər çətinləşəcək. Onlar bu transferi tamamlamalıdırlar.

Rio həmçinin öz hesabında danışarkən Timo`nun oyun tərzindəki keyfiyyətlərdən də danışıb.
“Onun hərəkətləri,oyunu oxuma və meydanı görmə qabiliyyəti mükəmməldir.”
“O hətta Tottenham ilə oyunda bir qol daha vura bilərdi.”
“Bu tip hücumçuları izləyərkən özümə tez-tez mən məhz belə hücumçuya qarşı oynamaqdan həzz alardım deyirəm.”

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.