Flamengo`nun yarımmüdafiəçisi Reiner Jesus Carvalho Real Madrid`ə keçməyə yaxındır. ONBİR Marca qəzetinə istinadən bildirir ki, “Los Blancos” oyunçunun transferini bugün elan edəcək.

Braziliyalının yanvarın 19-u 18 yaşı tamam olması bu transferi həyata keçirtməyə icazə verir. Reiner`in hal-hazırda Braziliya olimpiya komandasının düşərgəsində olması səbəbilə, onun madridlilərə qoşulması 9 fevrala təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, daha öncə yayılan xəbərlərə görə, Real Madrid Reiner`lə 6,5 illik müqavilə imzalayacaq, oyunçunun transfer məbləği isə 30 milyon avro təşkil edəcək.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.