ONBİR Skysport`a istinadən xəbər verir ki, İspaniya nəhəngi Raheem Sterling üçün Manchester City`yə 70 milyon pound və Gareth Bale`i verməyə hazırdır. Yay transfer pəncərəsində Paul Pogba`nı transfer etmək üçün əlindən gələni edən Real Madrid sonda Bale`i sata bilmədiyi üçün transfer baş tutmamışdı. Hazırda isə prezident Florentino Perez bir daş ilə iki quş vurmaq niyyətindədir. Prezident bu transfer ilə yeni Los Blancos`un təməlini qoymaq fikrindədir.

Pep Guardiola`nın gəlişi ilə performansını artıran Sterling bu mövsüm Premier Liqada çıxdığı 10 oyunda 7 qol vurub. 24 yaşındakı futbolçu Liverpool`dan 49 milyon pound qarşılığında transfer edilmişdi.