Real Madrid klubu öz ulduz futbolçusu ilə müqaviləni uzatdı. ONBİR Marca qəzetinə istinad edərək bu xəbəri sizə təqdim edir.

“Kral Klubu” braziliyalı dayaq yarımmüdafiəçisi Casemiro ilə müqaviləsini 2023`cü ilə qədər uzadıb. Xəbərdə qeyd edilir ki, komanda 28 yaşlı Casemiro ilə bir neçə ay əvvəl razılığa gəlib, amma bu məlumat mətbuatdan gizlədilib.

Casemiro Real Madrid`in heyətində 229 oyunda çıxış edib. Bu mövsüm 25 görüşdə forma geyən braziliyalı dayaq yarımmüdafiəçi 3 dəfə fərqlənib və 2 məhsuldar ötürməyə imza atıb.