ONBİR Marca qəzetinə istinadən xəbər verir ki, əgər Zidane ardıcıl olaraq uğursuzluğa düçar olsa, onun klubdan göndərilməsi qaçınılmazdır, çünki Los Blancos transferlərə yetərincə pul xərcləyib və bu mövsüm qarşısına bir çox məqsəd qoyub.

Əgər bu baş versə, klubun ilk seçimi Jose Mourinho olacaq, hansı ki, keçən mövsüm Real Madrid`ə keçməyə çox yaxın idi.

İkinci seçim isə, Juventus`la yollarını ayıran Max Allegri olacaq. İtaliyalı baş məşqçi 2018-ci ildə Perez`in təklifi rədd etmişdi.

Ən sonda isə, rəhbərlik Raul Gonzalez`ə şans vermək fikrindədir.