ONBİR Marca saytına istinadən xəbər verir ki, dünən Uels 1-1 Xorvatiya matçı başa çatana yaxın “Los Blancos”un 2 vacib futbolçusu – Bale və Modric zədə səbəbi ilə meydanı tərk etdilər. Ryan Giggs Bale`in zədəsinə görə öz məyusluğunu bildirib:

“Bale oyunun gedişatında zədələnsə də matçı tərk etmək istəmirdi. O, çox əla çıxış etdi, amma matçı bu cür başa vurması çox rüsvayçı oldu.”

Xorvatiya millisinin texniki heyət üzvü Nikola Jerkan isə Modric`in zədəsinin ciddi olmadığını açıqlayıb:

“Düzdür, bu zədə Los Blancos azarkeşlərini Clasico öncəsi qorxudur, amma Modric sadəcə güclü zərbə alıb və ona sadəcə 2-3 gün dincəlmək lazımdır. Ciddi bir şey yoxdur və bu həftə məşqlərə geri dönəcək.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.