ONBİR Daily Mirror nəşrinə istinadən xəbər verir ki, Ajax`dakı gözəl çıxışı ilə Avropanın nəhəng klublarının transfer siyahısına daxil olan Donny van de Beek üçün maraqlı bir iddia ortaya çıxıb. Van de Beek’i heyətinə daxil etmək istəyən Manchester United, Ajax`ın tələb etdiyi 100 milyon avroyu ödəmək istəmir.


Gənc futbolçu yay transfer pəncərəsində Real Madrid`ə keçməyə yaxın idi, ancaq bəzi problemlərə görə bu keçid baş tutmadı. Amma bu o demək deyil ki, ”Los Blancos” artıq onu transfer etmək istəmir. Onlar hollandiyalı yarımmüdafiəçini gələn yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırlar.


Beləliklə, Real Madrid Van de Beek`i istəyən komandalar arasında favorit hesab edilə bilər.