Real Madrid ONBİR

Real Madrid klubunun futbolçu və məşqçi heyəti cari mövsüm Çempionlar Liqası və ya La Liga`da uğur qazanmayacağı təqdirdə bonuslardan məhrum olacaq. Bu barədə ONBİR Marca qəzetinə istinadən xəbər verir.

Koronavirusun geniş yayılmasının ardından tərəflər arasında maaşların 10% azaldılması ilə bağlı razılığa gəlinib. Eyni zamanda, razılığa əsasən, bonus ödənişlərinin yerinə yetirilməsi də komandanın cari mövsümü necə başa vuracağından asıllıdır. Əgər komanda Çempionlar Liqası və ya İspaniya çempionatında heç bir nailiyyətə imza atmasa, bonuslar ödənilməyəcək.

Qeyd edək ki, La Liga`nın 33 turundan sonra “Kral klubu” birinci yerdə qərarlaşıb və ikinci yer sahibi Barcelona`nı 4 xalla qabaqlayır. Çempionlar Liqasında isə komanda 1/8 final çərçivəsində Manchester City ilə səfərdə cavab matçına çıxacaq. Santiago Bernabeu`da keçirilən ilk matçda madridlilər 1:2 hesabı ilə məğlub olmuşdu.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.