Barselona’ın yarımmüdafiyəçisi Ivan Rakitic karyerasını Inter’də davam etdirə bilər. ONBİR El Desmarque dərcinə istinadən bildirir ki, Milan klubu xorvat futbolçuya görə 38 milyon avro təklif etməyə hazırdır.

Son zamanlar, əsas heyətdə yer ala bilməyən Rakitic katalon klubundakı vəziyyətindən razı deyil və Inter’ə keçməyə hazırdır. Eyni zamanda, Barca’nın baş məşqçisi Ernesto Valverde’nin də oyunçunun satılmasına qarşı olmadığı bildirilir.

Qeyd edək ki, bu sezon, Rakitic La Liqa’da 6 oyuna çıxıb və həlledici heçnə ilə yadda qalmayıb.