Manchester City‘nin ulduz futbolçusu Raheem Sterling’in, milli komanda düşərgəsində həmyerlisi Joe Gomez ilə aralarında mübahisə baş verib. Bu səbəbdən futbolçu millinin heyətindən kənarlaşdırılıb.

İngiltərə Futbol Federasiyasının etdiyi açıqlamada, milli komandanın düşərgəsində Liverpool’lu Joe Gomez ilə aralarında gərginlik yaşanan Raheem Sterling’i, 2020 Avropa Çempionatının seçmə mərhələsinin A qrupunda, Çernoqoriya ilə matçın heyətindən kənarlaşdırıldığı bildirilib.

İngiltərə millisinin baş məşqçisi Gareth Southgate, Liverpool 3-1 Manchester City matçında mübahisə edən futbolçular arasındakı gərginliyin millinin düşərgəsində davam etdiyini və bu səbəbdən belə bir qərara gəldiklərini bildirərək, ”Klub rəqabəti ilə milli komandanı ayrı tutmaq lazımdır. Liverpool – Manchester City matçının gərginliyi hələ təzədir. Komanda üçün doğru qərar olduğuna inanıram. Bütün heyətin ortaq düşüncəsi ilə bu qərarı verdik. Oyunçularımızı dəstəkləyib, cümə axşamı baş tutacaq matça fokuslanmalıyıq” – ifadələrini işlədib.

Sterling isə öz Instagram hesabında paylaşdığı mesajda, ”Joe və mənim bir-birimizə deyəcəyimiz bəzi sözlər vardı. Aramızdakı problemi həll etdik, hər şey öz qaydasındadır. Aramızda baş verənlər sadəcə 10-15 saniyəlik bir şey idi. İkimizdə bu məsələni böyütmək istəmirik. Artıq cümə axşamı baş tutacaq matça fokuslanmalıyıq” – qeyd edib.
2020 Avropa Çempionatının seçmə mərhələsinin A qrupunda 15 xalla zirvədə yer alan İngiltərə millisi, cümə axşamı Çernoqoriya millisini qəbul edəcək.