Fransanın ”Monaco” klubundan transfer edilən 33 yaşlı hücumçu Radamel Falcao, bugünki məşq toplanışından əvvəl mətbuata bir sıra açıqlamalar verib. ”Galatasaray”ın U-19 komandası ilə oynadığı hazırlıq matçında 2 qol vuran kolumbiyalı hücumçu, baş məşqçi Fatih Terimin gözünə girməyi bacarmışdı. Belə ki, təcrübəli oyunçu reportaj zamanı bu açıqlamaları verib: ”Türkiyədə başqa bir komandadan təklif almamışdım. Ancaq Avropa’dan bir sıra klubların təklifini dəyərləndirsəm də, ”Galatasaray”ı seçməli oldum. Bu qərarımın başlıca səbəbləri ”Galatasaray”ın Türkiyənin ən böyük və Avropada söz sahibi olan bir klub olmasıdır. Həmçinin, Çempionlar Liqası da qərarıma öz təsirini göstərdi. Düzdür, bir müddətdir oyuna çıxmıram, lakin özümü hazır hiss edirəm. Türk Telekom Arenada tərəfdarlarımızın qarşısına çıxmaq üçün səbrsizlənirəm.”

Qeyd edək ki, cümə günü Türkiyə liqasında oynanılacaq olan ”Galatasaray” – ”Kasımpaşa” görüşündə Falcao’nun ilk 11-likdə olması gözlənilir.