"Qızıl Ayaqqabı" yarışında Immobile qələbə qazandı

Lazio`nun “qol maşını” Ciro Immobile İtaliya A Seriyasının cari mövsümündə vurduğu 36 qolla “Qızıl Ayaqqabı” mükafatının sahibi olub.

ONBİR xəbər verir ki, o, Almaniya Bundesliqasında 34 dəfə fərqlənən Bayern München`in hücumçusu Robert Lewandowski`ni qabaqlayıb.

Qeyd edək ki, 30 yaşlı forvard A Seriyasında bir mövsüm ərzində ən çox qol vuran Gonzalo Higuain`in də rekorduna şərik olub. (36)