PSG`nin ulduzu Neymar`ın Fransanı tərk etmək istəməsi xəbərləri gündəmdən düşmək bilmir. ONBİR France Football`a istinadən xəbər verir ki, əgər Neymar komandadan ayrılarsa, əvəzinə transfer edilməsi istənilən oyunçu Liverpool`dan Sadio Mane`dir. PSG`nin yay transfer pəncərəsindəki həmlələrindən biri olan Dybala üçün yenidən təklif göndərməyəcəyi də xəbərdə qeyd olunub.

Liverpool`da göstərdiyi performans ilə Balon d`Or mükafatında 4-cü yerə layiq görülən seneqallı ulduz Sadio Mane`nin PSG üçün ən uyğun seçim olacağı iddia edilir. Xüsusilə Neymar`ın oynadığı matçlarda müdafiə cəhətdən çətinlik çəkən PSG daha çox qaçan və müdafiəyə kömək edən Mane`ni almaqda qərarlıdır.

Qeyd edək ki, 27 yaşlı hücumçu Mane bu mövsüm oynadığı 21 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.