PSG`nin əfsanəvi braziliyalı müdafiəçisi Thiago Silva komandadan ayrılacaq. ONBİR RMC Sport`a istinadən xəbər verir ki, bu mövsüm müqaviləsi bitən Thiago Silva komandadan ayrılmağa qərar verib.

PSG klubunun braziliyalı idman direktoru Leonardo bir müddət əvvəl 35 yaşlı müdafiəçi ilə əlaqə saxlayaraq yeni müqavilə haqqında görüşmüşdülər. Thiago Silva isə öz növbəsində müqaviləni uzatmaq niyyətində olmadığını bildirmişdi. Qeyd etmək lazımdır ki, braziliyalının müqaviləsi 30 iyun tarixində sona çatır. Onun vətəninə qayıdacağı ehtimal edilir.

Thiago Silva 2012`ci ildə AC Milan klubundan transfer edilmişdi. O, 8 il ərzində 310 oyunda PSG`nin şərəfini qoruyub və komanda ilə 7 Ligue 1, 4 Coupe de France, 5 Coupe de la Ligue, 7 Trophée des Champions titullarını qazanıb.