Azərbaycan yığmasının əski çalışdırıcısı, Real MadridBarcelona`nın eks-oyunçusu Robert Prosinecki dünya futbol tarixinin ən yaxşı futbolçusu haqqında öz fikrini səsləndirib:

“Mənim üçün Messi gəlmiş-keçmiş ən yaxşı oyunçudur. O artıq neçə illərdir ki, Barcelona`da öz adından söz etdirir, hər oyunda fərq yaradır və orada klub səviyyəsində mümkün olan bütün titulları qazanmağa müyəssər olub. Leo çoxlu qollar vurmaqda və assistlər etməkdə davam edir.

Digərləri Maradona və ya Ronaldo`nun da ən yaxşı olduğunu iddia edirlər. Bundan əlavə, Cristiano və braziliyalı Ronaldo da klub səviyyəsində çoxlu titullar qazanıblar. Onların hamısı çox yaxşı futbolçu olublar, amma Leo tamamilə başqa bir səviyyədə oyunçudur və məncə, elə o, futbol tarixinin ən yaxşı oyunçusudur. “

Qeyd etmək lazımdır ki, Dinamo Zagreb`in yetirməsi olan Prosinecki Crvena Zvezda klubunda oynayarkən UEFA Champions League`i qazanıb və bununla diqqətləri üstünə çəkərək əvvəl Real Madrid`ə və daha sonra Barcelona`ya transfer olub. Azərbaycan yığmasını 2014-2017`ci illərdə çalışdıran xorvat mütəxəssis hal-hazırda Türkiyə Super Lig`ində çıxıs edən Kayserispor klubuna başçılıq edir.