Galatasaray`ın əfsanə futbolçularından biri olan Cevad Prekazi, Galatasaray`ın Real Madrid`ə 6-0 hesabı ilə məğlub olduğu matç sonrası qəzəbli açıqlamalar verib. ONBİR Prekazinin verdiyi açıqlamaları sizinlə bölüşür:

”Qorxaq futbol oynanmaz. Həvəssiz, ürəysiz futbol oynanmaz. Ürəyi də keçdim, beyinsiz futbol oynanmaz. Galatasaray oyunçuları daim geriyə pas atırlar. Çünki hücuma çıxmağa qorxurlar. Belə qorxaq futbol oynamazlar. O formanı daşımaq asan məsələ deyil, futbolçuların öncə bunun fərqinə varmalıdırlar. Oyunçular əminəm ki, matçdan sonra bir qram da məyus olmayacaqlar. Olan yenə azarkeşlərə olacaq. Artıq əməliyyat etməyin vaxtıdır, Galatasaray`a əməliyyat lazımdır.”

”İnanın ki, mən şəxsən utandım. Real`a qarşı belə oyun oynamazlar. Galatasaray heçnə göstərə bilmədi. Mən utandım. Daha nə gözləyirdilər görəsən? Şillə! Galatasaray`a böyük bir şillə vurdular. Gələcəkdə nə olacaq artıq düşünə bilmirəm.”

”Məncə Fatih Terimin günahı yoxdur. Hər matçda necə mübarizə aparmalı olduqlarını, oyuna canını qoymaqları lazım olduğunumu deməlidir bu adam? Bu adamlar professional futbolçulardır, uşaq yox.”