Manchester United`in yarımmüdafiəçisi Paul Pogba karyerasını Real Madrid`də davam etdirə bilər. ONBIR AS qəzetinə istinadən xəbər verir ki, MU Pogba`nı artıq bu yay 100 milyon avro qarşılığında Real`a buraxa bilər. Üstəlik, bu məbləğ koronavirus pandemiyası ilə əlaqəli olaraq daha da az ola bilər.

“Qırmızı şeytanlar”ın fransız futbolçu ilə vidalaşmağı klub üçün ağır itki olmayacağı düşünüldüyündən, bu transferin həyata keçəcəyi real görünür. Əsasən də Bruno Fernandes`in transferindən sonra komanda yarımmüdafiədəki boşluğu doldura bilib.

Daha öncə yayılan xəbərlərə görə isə, Real Madrid Federico Valverde`nin və Real Sociedad`da icarə əsasında çıxış edən Martin Odegaard`ın göstərdikləri oyunu nəzərə alaraq, Pogba transferindən əl çəkib.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.