Pley-off finalçıları bəlli oldu
Pley-off finalçıları bəlli oldu

İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq uğrunda oynanılan pley-off mərhələsində finalçıların adına aydınlıq gəlib.

ONBİR xəbər verir ki, həlledici matçda Brentford ilə Fulham qarşılaşacaq. 4 avqust tarixində oynanılacaq görüşdə qalib gələn tərəf Premyer Liqada iştirak etmək hüququna sahib çıxacaq.

Qeyd edək ki, yarımfinal mərhələsində Brentford Swansea`ni, Fulham isə Cardiff City`ni mübarizədən kənarlaşdırıb.