İtaliya Seria A`nın 5-ci turunda baş tutan JuventusBrescia oyununda Brescia azarkeşləri Juventus`un bosniyalı yarımmüdafiəçisi Miralem Pjanic`ə qarşı irqçi şüarlar səsləndiriblər.

ONBİR Sport Mediaset nəşrinə istinadən xəbər verir ki, onlar bosniyalını “zingaro” adlandırıblar. İtalyan dilindən tərcümədə isə bu söz “roman” “qaraçı” mənasını verir.

Pjanic isə öz növbəsində qələbə qolunu vuraraq “sonuncu gülən tərəf olub.” O qolu qeyd edərkən tribunalara əli ilə “M” jestini edib.

Xatırladaq ki, bu İtaliya çempionatının cari mövsümündə azarkeşlər tərəfindən olunan sayca dördüncü iqrçilik cəhdidir. Pjanic`dən öncə Inter`dən Romelu Lukaku, Milan`dan Franck Kessie və Fiorentina`dan Dalbert eyni hal ilə üzləşmişdilər.