ONBİR Daily Mail saytına istinadən sizə Xabi Alonso`nun müsahibəsini təqdim edir.

Keçmiş ispan futbolçu Xabi Alonso, Real Madrid`dən Pep Guardiola ilə birlikdə çalışmaq üçün ayrıldığını açıqlayıb.

Xabi Alonso, “Guardiola`nın sirlərini öyrənmək istədim. Mövsümlər uzun olur, amma Guardiola`nın bitməyən coşğusu və enerjisi var. Bu futbolçular üçün əlavə bir motivasiyadır” – dedi.

2014-cü ildə Alonso 9 milyon avro qarşılığında Real Madrid`dən Bayern Munchen`ə keçdi və “Bavariya”da çıxıdığı 117 matçda 9 qol vurub, 12 assist etdi.

Xabi Alonso karyerası ərzində 689 matçda 43 qol vurub və 58 assist edib. İspaniya millisiylə isə 114 matça çıxıb.