Manchester United`in veteran futbolçusu Paul Scholes 1999-cu ilin Çempionlar Liqasını xatırlayaraq bəzi maraqlı açıqlamalar verib.

Xatırladaq ki, Scholes United`in Bayern Munich üzərində əfsanəvi geri dönüş edərək 2-1 hesabı ilə qalib gəldiyi və kubokun sahibi olduğu oyunu cəza səbəbindən buraxmalı olmuşdu. O, Juventus`a qarşı oynadıqları yarımfinalın cavab görüşündə cəzalanaraq sarı vərəqə limitini doldurmuşdu.

ONBİR A Goal in One podkastına danışan ingiltərəlinin sözlərini sizə təqdim edir:

“Hər iki oyunda meydanın mərkəzində Deschamps ilə çox qarşılaşdıq. Epizodların birində mən ona qarşı sərt oynadım, lakin hələ də düşünürəm ki, qaydanı pozmamışdım.

Deschamps`ın verdiyi reaksiya isə oyuncağı əlindən alınmış uşağın reaksiyasına bənzəyirdi. Nəticədə, hakim məni sarı vərəqə ilə cəzalandırdı, bu isə finala vəsiqə qazanacağımız təqdirdə məni oynamaq hüququndan məhrum edirdi.

Bu məni çox kədərləndirsə də, sonda turnirin qalibi olmağımız mənə hər şeyi unutdurdu.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.