ONBİR Sporx`a istinadən xəbər verir ki, 30 iyunda Galatasaray`da icarə müddəti bitən Henry Onyekuru öz komandasının sıralarına qayıtsa da, gözlənilməz halla üzləşib.

Belə ki, Polşada təlim-məşq keçəcək Monaco klubunun ərizəsində Onyekuru`nun adı qeyd edilməyib. Başakşehir Fenerbahçe`nin də gündəmində olan oyunçunun heyətdə olmama səbəbi açıqlanmayıb.

Xatırladaq ki, mövsümün ortasında Galatasaray sıralarına qoşulan Henry çıxdığı 10 qarşılaşmada bir dəfə fərqlənərkən iki dəfə də məhsuldar ötürmə ilə yadda qalmışdı.