Bu yay transfer pəncərəsində italyan nəhəngləri ilə 3 transfer həll edən United yenidən qış transfer pəncərəsində buradan transfer reallışdırmaq istəyir. Ole Gunnar Solskjaer Lukaku,Sanchez,Smalling və Darmian transferlərini məhz italyan klubları ilə reallaşdırmışdı. İndi isə satış məqsədli yox heyətə oyunçu cəlb etmək məqsədini güdən Manchester təmsilçisi İnter`in baş məşqçisi Antonio Conte`dən Lautaro Martinezi satmağını gözləyir. Əgər bu transfer reallaşarsa Manchester United Pogba`nın satışı üçün İnter rəsmiləri ilə birgə masa arxasına keçməyə hazırdır. Bu barədə Daily Mail yazıb.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.