Manchester United bu il uğursuz çıxışını davam etdirərkən bir yandan da çox az genişliyə malik rotasiyalı heyətlərində zədələrlə mübarizə aparır. Xüsusi ilə bu mövsüm yarımmüdafiədə çətinliklər çəkən United, hücumçularını topla qovuşdura biləcək oyunçu ehtiyacındadırlar.

    Ole Gunnar Solskjaer ilə birlikdə Premier League tarixlərinin ən uğursuz mövsüm başlanğıcını edən “Qırmızı Şeytanlar” uğur qazanmaq üçün gözlərini qış transfer pəncərəsinə dikib. Belə ki, məşqçilər heyətinin də, rəhbərliyin də siyahısında artıq bir neçə futbolçu var. Jadon Sancho, James Maddison kimi britaniyalı oyunçularla yanaşı Solskjaer hücuma qatqı verəcək yarımmüdafiyəçi də istəyib. O, mütləq şəkildə Bayer Leverkusen`in gənc oyunçusu Kai Havertz`in transferini istəyir. Qarşı tərəf ingilislərdən 80 milyon funt sterlinq civarında bir məbləğ tələb edir. Bu haqda Daily Star bildirib.

    Kai Havertz özü də deyib ki, bu mövsüm onun üçün Leverkusen`dəki sonuncu mövsümü ola bilər. Qeyd edək ki, Kai, keçən mövsüm 17 qol vurmaqla yanaşı bu mövsüm də artıq 3 qolun müəllifidir.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.