Arjen Robben kariyerasının ilkin illərində PSV Eindhoven`də olduqca uğurlu bir çıxış etmişdi. Bu çıxışın ardından artıq İngiltərənin nəhəngləri onun keçidində maraqlı idilər. Manchester United hətta Arjen Robben`i transfer etməyə çox yaxın olub. Bütün bunları öz Instagram hesabında canlı yayımda olarkən Rio Ferdinand açıqlayıb. Onun sözlərinə görə Arjen Robben klubun təlim məşq bazasına qədər gəlib,gəzib ancaq sonra klubdakı “iy”-i bəyənmədiyi üçün Carrington`u tərk edərək London`a yollanıb və Chelsea üçün imza atıb. Bu hadisələr 2004-cü ildə baş tutur.

Daha sonra Rio sözlərinə əlavə edir : “Robben mükəmməl oyunçu idi. Siz onun sol cinahdan içəri doğru girəcəyini və çox zaman zərbə endirəcəyini bilə bilirdiniz. Ancaq qarşısı almaq çox çətin idi. Onun vaxtında bizim kollektivə qoşulduğunu düşünəndə qəribə oluram. Bu əla olardı.”

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.