ONBİR Bayern Munich’in rəsmi saytına istinadən bildirir ki, Niko Kovac Bayern Munich’in baş məşqçi postundan azad edildi. Münhen klubu tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin ləğv olunduğunu rəsmən elan etdi. Xatırladaq ki, şənbə günü, Bundesliga’nın 10-cu tur çərçivəsində keçirilən oyununda, Bayern Munich Eintracht Frankfurt’a 1:5 hesabilə məğlub olmuşdu. Komanda 10 oyundan sonra 18 xal toplayaraq, turnir cədvəlində 4-cü yerdə qərarlaşır.

Kovac, Bayern’in tarixində davamlı olaraq komandanı idarə edən baş məşqçilər arasında qalibiyyət faizinə görə 3-cü yeri tutur (66%). Onu bu göstəricidə Pep Guardiola (80%) və Carlo Ancelotti (73%) qabaqlayırlar.

Boş qalan posta əsas namizəd kimi RB Leipzig’in keçmiş baş məşqçisi Ralf Rangnick göstərilir. Digər namizədlər Jose Mourinho, Hans-Dieter Flick, Eric ten Hag və Massimiliano Allegri’dir.