Manchester United`in əfsanəvi müdafiəçisi Gary Neville koronavirus ilə əlaqəli yaranmış şərait haqqında öz fikirlərini bölüşüb. ONBİR CNN`ə istinad edərək bu açıqlamanı təqdim edir:

“Futbol hələ qayıtmayacaq, çünki stadionların işləməsi üçün lazım olan polis və ambulans kimi bütün resurslar bir neçə ay ərzində məşğul olacaqlar. Şübhəsiz, onlar xəstəxanada olacaq və orada ağır xəstələrin qayğısına qalacaqlar.

Səhhət hər zaman birinci gəlir və azarkeşlərin, komandanın məşqçi heyətinin, futbolçuların və stadionlara digər girənlərinin həyatlarının təhlükədə olmaması lazımdır. “