ONBİR, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi yenidən toplantı keçirib. Bu toplantıda bəzi qərarlar qəbul olunub.

Neftçi komandası son turda Keşlə`yə məğlub olarkən, 4 futbolçusu sarı vərəqə aldığı üçün Komitə Neftçi`ni 800 manat cərimələdi. Həmçinin digər klublar da İntizam Komitəsi tərəfindən cərimələniblər.
Belə ki,  11-ci tur çərçivəsində baş tutan QəbələSəbail görüşündə qonaqların 79 nömrəli futbolçusu Əli Sadıxov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb, buna görə oyunçu 1 oyun, klub isə 200 manat cərimə olunub.
Neftçi kimi eyni aqibətlə üzləşən digər komanda isə Sabah klubu olub. Komandanın müvafiq olara 4 futbolçusu matç ərzində sarı vərəqə ilə cəzalandığı üçün komanda eyni məbləğlə, 800 manat olmaqla cərimələnib.
Sumqayıt da həmçinin cərimələnənlər siyahısına daxil olub. Belə ki, görüşün 59-cu dəqiqəsində Sumqayıt azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə klub 800 manat cərimələnib.
QarabağZirə matçında, Zirə futbolçularından 5 nəfər sarı vərəqə aldığına görə komanda 800 manat cərilənib. Təcili tibbi yardım briqadası görüşdən əvvəl keçirilən iclasda iştirak etmədiyinə görə Qarabağ komandası da 400 manat məbləğində cərimələnib.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.