ONBİR Football Italia`ya istinadən xəbər verir ki, Napoli klubu bir sıra aparıcı oyunçuları ilə yollarını ayıracaq. Klubda düşünürlər ki, komanda Gennaro Gattuso`nun rəhbərliyi altında yenidənqurma işlərinə qədəm qoymalıdır, və buna görə də 42 yaşlı mütəxəssisə yeni müqavilə təklif olunacaq.

Neapollular “öz inkişaf zirvəsini geridə qoyan” futbolçuları satmaq niyyətindədir. Bu siyahıya Kalidou Koulibaly, Arkadiusz Milik, Allan, Faouzi Ghoulam daxil olublar. Klub futbolçuların satışından 200 milyon avro qazanmaq və bu pulları yeni transferlərə yönəltmək istəyir.

Yayılan məlumatlara görə, Koulibaly Liverpool`un maraq dairəsində yer alır, Milik isə Juventus`un. Allan`ı öz komandasında Everton`un baş məşqçisi Carlo Ancelotti görmək istəyir. Ghoulam`la isə qış transfer pəncərəsində Marseille yaxından maraqlanırdı.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.