Hal-hazırda ABŞ`ın Orlando City klubunun şərəfini qoruyan portəgiz yarımmüdafiəçi Luis Nani özünün birgə oynadığı ən yaxşı futbolçulardan ibarət 5 nəfərlik simvolik yığma hazırlayıb. ONBİR Sports.ru`ya istinad edərək Naninin bu komanda haqqında sitatlarını paylaşır:

“Qapıda De Gea dayanacaq. David mənim dostumdur və o, dünyanın ən yaxşı qapıçılarından biridir. Amma o, gərək, eynəklərini özü ilə götürsün, çünki onlarsız heç nə görə bilmir.

Deco – mənim kumirlərimdən biridir. Ondan çox şey öyrəndim.

Müdafiəçi kimi Bruno Alves`i seçirəm. O, bir müdafiəçi üçün kifayət qədər texnikalıdır. O lazım olanda oyununu oynayır, lazım olanda da rəqibləri faullar ilə saxlayır.

Ronaldo… Onun texnikalı hərəkətləri, sürətli ayaqları. O, bunların hamısını məndən öyrənib. Özü də bilir (gülür).

Paul Scholes. Topla əla rəftar edirdi və meydanı görmək qabiliyyəti möhtəşəm idi “.