ONBIR Marca saytına istinadən xəbər verir ki, Fransa klubu artıq 2 aydan çoxdur Mbappe ilə yeni müqavilə imzalamaq üçün futbolçunu razı salmağa çalışır. 21 yaşı dünən tamam olan gənc forvard PSG-nin böyük məbləğli müqaviləsini qəbul etmək niyyətində deyil.

Real Madrid hazırkı gündə PSG ilə heç bir danışıqlara apara bilməz, çünki onların söyləyəcəyi astronomik rəqəmi “Los Blancos” sözsüz ki, ödəməyəcək. Madrid klubunun əsas strategiyası daha bir il gözləyib futbolçunun müqaviləsinin bitməsinə 2 il qalmış danışıqlara başlamaqdır, çünki 2021-ci ilə qalacağı təqdirdə onun transfer qiyməti daha da düşəcəyi üçün PSG riskə getməyəcək. Real Madrid eynisini məhz Hazard üçün də etdi.