fbpx
January 27, 2021

Müqəddəs Məryəmin futbol akademiyası – Yazı

Ən son

Avatar
Urfan
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.

Southampton – İngiltərənin cənubunda, paytaxt London`un 110 km uzaqlığında, Hampshire bölgəsində yer alan, 260 min insanın yaşadığı, sakit sahil şəhəridir.

1862 ildən fəaliyyət göstərən Şəhər Universiteti dünyanın ən yaxşı 80 universitetindən biridir. Məşhur Titanik gəmisi batmadan öncə Southampton limanından səyahətə başlamış və New-Yorka çatmağı planlamışdır.

Ümumi məlumatları aldıqdan sonra keçək futbola … ONBİR bu dəfəki yazısında şəhərin futbol komandası olan Southampton FC`dən bəhs edir.

Southampton FC – ləqəbi “Müqəddəslər” olan klub 21 noyabr 1885-ci ildə yaradılıb. St Mary (Müqəddəs Məryəm) kilsəsinin komandası olaraq qırmızı-ağ rənglərlə fəaliyyət göstərir. Uzun müddət aşağı liqalarda çıxış etmiş və bu dövrlərdə Federasiya Kubokunu qazanmağı bacarmışdır.

Lawrie McMenemy: 'Southampton didn't have a cat in hell's chance' |  Southampton | The Guardian

1975-1976 mövsümünün finalında rəqib Manchester United olmuş, “Müqəddəslər” 100 min tamaşaçının izlədiyi matçda tək qolla qələbə qazanmışdır.

1977-ci ildə yüksək liqaya vəsiqə qazanan Southampton 1980-1981 mövsümünü 6-cı pillədə tamamlayaraq klub tarixinin o dövrə kimi ən yüksək pilləsinə sahib olmuşdur.

Enişli-çıxışlı qrafikaya sahib olan klub 28 il əsas liqada çıxış etdikdən sonra 2005-ci ildə turnir cədvəlinin son pilləsində qərarlaşaraq aşağı diviziona düşür.

Bu ərəfələrdə klubun maddi problemləri də başlayır. Büdcəsindəki əksikliklərə görə Federasiya tərəfindən klubun 10 xalı silinir və Southampton 2008-2009 mövsümündə 3-cü liqaya düşür.

2009-cu ildə iş adamı Markus Liebherr klubu alır və mövsümə -10 xalla başlayan Southampton mövsüm sonunda 7-ci pilləni tutur. 2010-cu ildə Nigel Adkins komandanın baş məşqçi postuna gətirilir və klub çempion olaraq Championship`ə vəsiqə qazanır. Növbəti mövsüm də Southampton Premier League`ya qayıdır.

Komandanın bombardiri Rickie Lambert mövsümü 27 qolla qapayır.

Rickie Lambert wins Championship Player of the Year award | Daily Mail  Online

Ev oyunlarını 32 minlik St Mary stadionunda oynayan klub dünya futboluna qazandırdığı oyunçularla da xatırlanır.

Akademiyadan yetişən oyunçulara Theo Wallcott, Alex Oxlade-Chamberlain, Gareth Bale, Peter Crouch, Callum Chambers, Adam Lallana, Chris Baird, Rod Wallace, Matt Le Tissier və son olaraq əfsanə Alan Shearer`ı misal göstərə bilərik.

Alan Shearer Signed Southampton Shirt Framed -

Southampton cari mövsümə əla start götürüb. Komanda 13 turdan sonra topladığı 24 xalla 3-сü pillədə qərarlaşır. “Müqəddəslər” mövsüm sonunda da bu çıxışını da davam etdirə biləcəkmi?

Southampton
Southampton
- Advertisement -

More articles

Rəy bildir

- Advertisement -

İcmallar