ONBİR As saytına istinadən Jose`nin müsahibəsini sizlərə təqdim edir:

“Düzdür, Messi və Cristiano`nun uzun karyeraları var. Demək olar ki, 15 ildir eyni səviyyədə çıxış edirlər, amma biz əgər ciddi istedad və bacarıq haqqında danışsaq heç kəs məni Fenomen Ronaldo kimi təəccübləndirməyib. O, Barcelona`da olarkən, mən bir şeyin fərqinə varmışdım – belə birisini heç vaxt meydanda görməmişəm. Onu sadəcə zədələr yıxdı. 19 yaşlı oğlan sadəcə xüsusi istedada sahib olan mükəmməl bir futbolçu idi. Onun 1997-ci ildə PSG-ə vurduğu qolu ifadə etmək olmur”.