Jose Mourinho Sanchez`in “Manchester United”də olan uğursuzluğunu onun klub düşərgəsində özünü xoşbəxt hiss etməməsi ilə əlaqələndirib.


ONBİR Jose’nin Footballİtalia nəşrinə verdiyi müsahibəni sizlərlə bölüşür: “Sanchez… Onun xoşbəxt olmadığını düşünürdüm. Düşünürəm ki, özünü xoşbəxt hiss etmədiyin bir yerdə uğur əldə etmək çox çətindir.” Sonra o əlavə edib: “Bəlkə də mən yanılıram, bəlkə də bir məşqçi olaraq ondan düzgün istifadə edə bilmədim. İstənilən halda İnter’də ona köhnə formasını bərpa etməyi arzulayıram.”


Xatırladaq ki, Alexis 2018-ci ilin yanvar ayında Mourinho`nun istəyi ilə “Arsenal”dan “Manchester United”a transfer edilmişdi.