Inter`in eks-prezidenti Zlatan Ibrahimovic haqqında gəzən şayiələr haqqında çox maraqlı açıqlama verib: “Mən belə bir dəliliyə əl atardım.”

ONBİR Footballİtalia nəşrinə istinadən xəbər verir ki, yanvarda müqaviləsi bitəcək və azad agentə çevriləcək olan isveçli hücumçunun agenti Mino Raiola onun Inter`ə mümkün keçidi ilə bağlı rəhbərliklə əlaqəyə keçib.

“Nerazzuri” hal-hazırda hücum xəttində ciddi problem yaşayır, belə ki, komandanın yeni transferi Alexis Sanchez zədə səbəbindən üç ay müddətinə sıradan çıxıb.

“Bəlkə də bu dəlilikdir, amma mən buna gedərdim.” – Mediaset`ə danışan Moratti qeyd edib.

Əlavə edərək: “Komandada bəlli bir balans olmağı zəruridir və müəyyən oyunçular hamı tərəfindən hörmətə layiq olmalıdır, Zlatan məhz belə oyunçulardandır. Bu şəraiti yaratmaq üçün hər yola əl atmaq lazımdır, bu çempionluq yolunda həlledici amillərdəndir.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.