ONBİR Marca qəzetinə istinadən Morata`nın Marca`ya verdiyi ekskluziv müsahibəsini sizlərə təqdim edir:

“Hələ ki, Atletico`da bir ilim tamam olmayıb, amma özümü pozitiv hiss edirəm. Məncə, bunun əsas səbəbi klub və azarkeşlərdir. Ümid edirəm Atletico həyatımda baş vermiş ən yaxşı hadisə olacaq. Hal-hazırda Atletico`da fərqli futbolçularla addım-addım ailə yaratmağa çalışırıq, çünki keçən mövsümdən bəri bir çox futbolçu komandanı tərk etdi.

Atletico Madrid titul qazanmağa hazırdır? Əgər özümüzü hazır hiss etsək, niyə də yox? Yeni futbolçuların gəlişindən sonra bu cür performans gözləniləndir, çünki adaptasiya prosesi zaman aparır. Ancaq Çempionlar Liqasındada gördük ki, Juventus kimi kluba qarşı əla mübarizə apardıq. Bu, hələ başlanğıcdır. Məncə, Atletico Madrid dünyanın ən böyük klublarından biri hesab olunmalıdır.”