ONBİR ESPN dərcinə istinadən bildirir ki, Los-Angeles Galaxy’in hücumçusu Zlatan Ibrahimovic qış transfer pəncərəsində Milan’a keçə bilər. Bu barədə ABŞ futbol liqasının (MLS) komissarı Don Garber danışıb.

”Zlatan çox maraqlı insandı. Onunla vaxt keçirməkdən heç vaxt bezmərsən. Bizə bu tip oyunçular lazımdı. İndi Zlatan’ın 38 yaşı var, o dünyanın top klublarından olan Milan’a keçir.
Zlatan’ı həm oyun daxilində, həm də kənarında izləmək çox maraqlıdı. Onunla söhbət etməkdən həzz alırdım, əsasən də özü haqqında üçüncü şəxsdə danışan vaxtı. Mən istəyərdim ki, o, Galaxy’ə qayıtsın, amma bu klubdan asılıdır”.

Xatırladaq ki, Ibrahimovic 2010-2012 illərində Milan’da oynamışdı. İsveçli hücumçunun Los-Angeles Galaxy ilə müqaviləsi 2019-cu ilin 31 dekabrına kimi qüvvədədir.