Milan şəhərinin meri Beppe Sala San Siro`nun “İnter” və “Milan”a satıla biləcəyini təsdiqləyib.

“San Siro” hal hazırda şəhər mülkü hesab edilir, və bu stadionda çıxış edən “İnter” və “Milan” stadionun xidmətindən kirayəçi qismində yararlanırlar, və gəlirin az olması səbəbindən hər iki klub yaxın gələcəkdə şəxsi stadionun tikintisində çox maraqlıdırlar.

ONBİR şəhər merinin Corriere della Sera nəşrinə verdiyi müsahibəni sizlərlə bölüşür: “Hal hazırda masa üzərində iki seçim vardır. Klublar San Siron`un yerində yeni stadion inşa edəcək, və yaxud yeni stadion Sesto san Giovanni’də tikiləcək. Biz üçüncü həll yolunu təqdim edirik: San Siro`nu satmaq”