Milan evində Lazio ilə bacarmadı
Milan evində Lazio ilə bacarmadı

Seria A’nın 11-ci turunda Lazio səfərdə Milan’ı 1:2 hesabıyla məğlub etdi. Birinci hissəsi qarşılıqlı qollarla heç-heçə başa çatan oyunda, qələbə qolunu oyunun 83-cü dəqiqəsində Lazio’nun yarımmüdafiəçisi Joaquín Correa vurdu.

ONBİR məlumat verir ki, son dəfə San-Siro’da Roma təmsilçiləri qırmızı-qaralardan 1989-cu ilin sentyabrında üstün olmuşdular və artıq 29 oyun idi ki qalib gələ bilmirdilər. Beləliklə, yeni baş məşqçi Stefano Pioli’nin təyinatından sonra Milan dörd oyuna dörd xal toplayıb. Bundan qabaq, komanda Lecce ilə heç-heçə (2:2) etmiş, Roma’ya 1:2 məğlub olmuş və Spal üzərində 1:0 hesabı ilə qalib gəlmişdi. Hal-hazırda qırmızı-qaralar turnir cədvəlində dörd qalibiyyət, bir heç-heçə və altı məğlubiyyətlə 13 xal toplayaraq 12-ci yerdə qərarlaşıb.