Fransa millisinin sabiq üzvü o cümlədən, 1998-ci ilin dünya çempionu Christophe Dugarry Atletico`ya qarşı alınan bərabərlikdən sonra Barcelona`da olan hal-hazırki vəziyyəti sərt şəkildə tənqid edib.

ONBİR RMC Sport`a danışan veteran futbolçunun sözlərini sizə təqdim edir:

“Griezmann`ın nədən qorxduğunu anlamıram. Zənnimcə, o lazımi anlarda öz xarakterini ortaya qoymaqdan çəkinməməlidir.

Komandaya ilk gəldiyi gündən o, Messi ilə problemlər yaşayır. Messi isə özünü lap autizm xəstəsi olan balaca uşaq kimi aparır.”

Xatırladaq ki, Messi haqqında sərt danışan Dugarry bir çoxları tərəfindən tənqid edilib. Bu reaksiyanı gözləmədiyini qeyd edən fransalının cavabı gecikməyib:

“Messi haqqında işlətdiyim sözlərə görə təəssüf hissi keçirdirəm. Autizm xəstəliyi olan insanlara qarşı bir hörmətsizlik etmək fikrim yox idi. Sözlərimin xətrinə dəydiyi hamıdan üzr istəyirəm.”