ONBİR Marca qəzetinə istinadən dünən Qızıl Buts qazanan Messi`nin müsahibəsini sizlərə təqdim edir:

– Cristiano və Zlatan özlərinə daha çox bəraət qazandırırlar. Bəs sən özünü futbolçu kimi necə görürsən?

“Mən daha çox insanların mənim haqqımda danışmalarına üstünlük verirəm. Kim olduğumu və nə etdiyimi çox yaxşı bilirəm, amma özümdə saxlayıram. Özüm haqqında deyil, daha çox komandam barəsində danışmağa üstünlük verirəm.”

– Zamanla özünü daha çox yarımmüdafəçi kimi inkişaf etdirdiyini görürsən?
“Bilmirəm. Meydanda olarkən daha çox geridən oynamağı, topla və yarımmüdafiəçilərlə əlaqə qurmağı sevirəm. Lakin gələcəkdə tamamilə yarımmüdafiəçi olub-olmayacağımı söyləyə bilmərəm.”

– Bu mövsüm yetərincə matç buraxmısınız. Necə düşünürsünüz – bədəniniz artıq daha çox istirahət tələb edir?

“Bu, bir az çətindir, çünki beyniniz 25 yaşınızda olduğunuzu zənn edir və buna görə də əvvəlki kimi çıxış edə biləcəyinizi düşünürsünüz, amma bədən qaydaları var əvvəlki illərə nisbətən daha çox qayğıma qalmalıyam.