Türkiyə milli komandasının müdafiədəki uğurlu çıxışının memarlarından olan Merih Demiral üçün top klublar artıq oyunçunu transfer edə bilmək üçün yarışmağa başlayıblar. ONBİR Tuttosport qəzetinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının köklü klublarından olan Arsenal Manchester United ilə Seria A`dan AC Milan Merih Demiral`ı transfer etmək üçün artıq ilk addımları atıb.

Tuttosport`un xəbərinə əsasən, Juventus`un baş məşqçisi Sarri`nin start heyətdə çox şans vermədiyi 21 yaşlı oyunçu üçün gələn transfer təklifləri dəyərləndiriləcək. Arsenal Manchester United rəsmilərinin isə Merih`in Türkiyə – İslandiya oyunundakı performansından təsirləndikləri və oyunçu üçün 40 milyon avro dəyərində bir təklif etməyə razı olduqları qeyd edilib.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi Sassuolo`dan Juventus`a 18 milyon avro qarşılığında transfer edilmişdi.