Hazırda Juventus`da forma geyən və Türkiyə millisinin də şərəfini qoruyan Merih Demiral, Cristiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib. Türkiyə`nin EURO 2020 seçmə mərhələsində Albaniya ilə oynuyacağı oyundan öncə mətbuatın suallarını cavablayan gənc müdafiəçi, bu sözləri deyib:

”Cristiano Ronaldo ilə danışdım. Fransa milli qarşısında qələbə qazandıqdan sonra bizi təbrik etmişdi. O, Türk xalqını çox sevir. Onunla aramız yaxşıdı və çox yaxşı biridir. Matuidi ilə də danışdım. Azarkeşlərin bizi tribunaya çağırmaqları ona çox təsir edib. ”Mənə də edərlərmi görəsən?” – deyə sual verəndə çox gülmüşdüm.”

Bizim üçün hər oyun vacibdir. Albaniya qarşısında qələbə qazansaq, qrupda daha da əlverişli vəziyyətdə olacağıq. İnşallah növbəti hər iki oyunda xal itki yaşamarıq.