ONBİR Türkiyə millisinin Androrra ilə qarşılaşdığı və 2-0 qalib gəldiyi EURO 2020 H qrupunun son matçından sonra, Merih Demiral`ın verdiyi açıqlamaları sizə təqdim edir.

Merih Demiral, “Xalqımıza xeyirli olsun. Komanda şəklində müdafiə olunuruq. Ümid milli komandasından (Türkiyənin gəncələrdən ibarət millisi) bəri birlikdə oynayırıq, bu bizim üçün böyük üstünlükdür. İnşallah EURO 2020`də də, yaxşı işlər görəcəyik” – dedi.

Milli komandada oynamağın önəmli olduğunu vurğulayan Merih Demiral, “Milli komandada oynamaq mənim üçün yaxşıdır. Milli komada hər şeyin üstündədir. Bütün komanda yoldaşlarım kimi baş məşqçimizin imkan verdiyi müddətcə əlimdən gələni etməyə çalışıram” – dedi.