PSG`nin forvardı Kylian Mbappe müsahibəsində Liverpool klubu və öz gələcəyi haqqında danışıb. ONBİR BBC`yə istinadən bu müsahibəni təqdim edir:

Liverpool`un hal-hazırki performansı heyrətamizdir. Bu, bir maşındır. Onlar öz ritmlərini tapıblar və sanki dayanmadan oynamağa hazırdırlar.”

“Komandanın məğlubiyyətsizlik seriyası (ölkə çempionatında) davam edir. Siz onlara baxırsınız və düşünürsünüz ki, bu asan bir nailiyyətdir, amma bu belə deyil. Oyunçular məqsədə yönəlik şəkildə hər üç gündən bir oynayıb, dayanmadan qələbə qazanırlar.”

“Hal-hazırda bütün komandalar Livepool`un oyununu izləyir və onların öhdəsindən necə gələ biləcəklərini düşünürlər. Ona görə də komanda öz gücünü daima göstərməlidir.”

21 yaşlı fransalı hücumçü Real Madrid`ə mümkün keçidi barədə yayılan xəbərlərə də aydınlıq gətirib:

“Hamı bu barədə danışır, amma hal-hazırda mən tam olaraq PSG`ə fokuslanmışam və komandaya daha çox titullar qazanmağa kömək etmək istəyirəm. Bu mövzulara isə mövsümün sonunda qayıdarıq.”

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.