Maxi Lopez Mauro Icardi ilə aralarında olan hüsumətə Mauro`ya təşəkkür edərək son verib.

ONBİR FootbalItalia nəşrinə istinadən xəbər verir ki, Maxi Lopez`in təşəkkür etməsinin səbəbi Icardi`nin onu keçmiş həyat yoldaşının cəngindən qurtarmasına görədir.

Bu iki oyunçu hələ Sampdoria`da çıxış edərkən birlikdə tətilə yollanmışdılar. Tətildən qayıtdıqdan bir qədər sonra boşanan Maxi`nin həyat yoldaşı Icardi ilə münasibətə başlamışdı. Bu isə iki eks-komanda yoldaşı arasında konfliktə səbəb olmuşdu.Yeni evlilikdən iki uşağı dünyaya gələn Wanda həmçinin Maxi Lopez`dən olan üç uşaqla da birlikdə yaşayır.

Maxi Lopez dünən Icardi ilə aralarında problemi həll etdiklərini qeyd edib: “Mən Icardi`ni bağışlamaqla kifayətlənmirəm, ona W`nı(Wanda`nı nəzərdə tutur) məndən uzaq etdiyinə görə təşəkkür edirəm.”

Wanda isə öz növbəsində onun bu sözlərinə öz Instagram hesabından paylaşdığı sözlərlə cavab verib: “Hörmət pul kimidir. Onu kimdənsə tələb edə bilərsən, amma daha yaxşısı onu özünün qazanmağıdır.”  

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.